Menu

Rusiyada seçkilərin ilkin nəticələri - Elan edildi

18.09.2016, 23:06

secki02Rusiyada parlament seçkiləri başa çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva vaxtı ilə saat 21:00-da ölkənin ən qərb regionu olan Kalininqrad vilayətində seçki məntəqələri bağlanıb.

Rusiya Mərkəzi Seçki Komissiyası artıq seçkilərə dair ilk məlumat verib. Belə ki, protokollarının 6,72 faizinin hesablanması başa çatıb. Hakim “Vahid Rusiya” partiyası 44,15%, Liberal Demokrat Partiyası – 18,39%, Kommunist Partiyası – 17,24%, “Ədalətli Rusiya” isə 6,24 % səs toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol