Menu

Paytaxt bazar axşamı tıxaca əsir düşdü

18.09.2016, 23:19
Paytaxt bazar axşamı tıxaca əsir düşdü

Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda ağır tıxac olub. Musavat.com xəbər verir ki, 20 yanvar metrostansiyasından başlanan sıxlıq Şamaxinka, eləcə də Biləcəri yolu istirqamətində davam edib. Əməkdaşımızın müşahidələrinə görə, 20 yanvardan Biləcəri yoluna qədər qısa məsafəni maşınlar 45-50 dəqiqə müddətinə qət ediblər. Eyni gərginlik Bakı Avtovağzalında da davam edib. Sürücülər vaxta qənaət etmək üçün Biləcəri meydanı tərəfdən yola davam etməyə çalışıblar. Bu isə onsuz da sözügedən ərazidəki dar yollarda qəza vəziyyəti yaradıb.

Sözügedən istiqamətdə yol polislərinin olmaması, yolun açılması üçün hər hansı cəhdlərin edilməməsi də diqqət çəkirdi. Bu səbəbdən də bəzən sürücülərin özləri maşınlarından düşərək, yolu açmaq üçün müəyyən cəhdlər edirdilər. İş günü olmamasına baxmayaraq, yollardakı bu durum həftənin ilk iş günündə, yəni, sabah daha ağır vəziyyətdə olacaq.

Musavat.com 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol