Menu

PKK-nın keçirməyi planlaşdırdığı "Kürd mədəniyyət həftəsi" ləğv edildi

19.09.2016, 13:04
PKK-nın keçirməyi planlaşdırdığı "Kürd mədəniyyət həftəsi" ləğv edildi

Brüssel şəhər bələdiyyəsi "Kürd mədəniyyət həftəsi"nin keçirilməsini ləğv edib.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, tədbirin təşəbbüskarı terrorçu PKK qruplaşmasının tərəfdarlarıdır.

Məlumata görə, terrorçu qruplaşmanın tərəfdarları sentyabrın 22-də Brüsseldə "Kürd mədəniyyət həftəsi" keçirməyi planlaşdırırmış. Tədbirin keçirilməsinə əvvəlcə icazə verilib, ancaq Brüssel şəhər bələdiyyəsinin sədri İvan Mayer heç bir səbəb göstərmədən onu ləğv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol