Menu

Azərbaycan Mərkəzi Bankı depozit hərracında daha 65 mln. manat cəlb edib

19.09.2016, 16:07

merkezi_bank_0001Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 65 mln. manat təşkil edib. Bu barədə "Report" AMB-yə istinadən xəbər verir.

Məlumata görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,85 % olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə sentyabrın 6-da 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 15 mln. manat təşkil edib. Avqustun 29-da AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 9,49% olub. Avqustun 22-də 30 mln. manat, avqustun 15-də 15 mln. manat, avqustun 8-də keçirilmiş hərracda 40 mln. manat, avqustun 1-də isə 20 mln. manat vəsait cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol