Menu

Rusiyanın Xəzərdəki donanmasına yeni komandir təyin olunub

20.09.2016, 10:14
Rusiyanın Xəzərdəki donanmasına yeni komandir təyin olunub

Kontr-admiral Sergey Pinçuk Rusiya Xəzər Donanmasının komandiri vəzifəsinə təyin edilib.

"Report" "RİA-Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.

Rusiyanın Xəzər Donanmasının sabiq komandiri, kontr-admiral İqor Osipov isə Sakit okean Donanmasında yeni vəzifəyə təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol