Menu

Azərbaycanda 824 nəfərin ölkədən çıxmasına qadağa qoyulub

20.09.2016, 13:56

airport-security_290716Vergilər Nazirliyi vergi borcuna görə daha 39 nəfərin Azərbaycandan çıxmasına qadağa qoyub.

Bunlardan 15-i fiziki şəxslər, 24-ü isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.

Bununla da vergi borcu ilə əlaqədar Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 785-dən 824-ə çatıb. Onlardan 348-ü fiziki şəxslər, 476 nəfəri isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol