Menu

"Donbasda qanunsuz hərbi birləşmələrin 38 min nümayəndəsi var" - Poroşenko

22.09.2016, 00:11

porosenkoOnlar 700-dən çox tank və 1,2 min zirehli maşına malikdirlər

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda qanunsuz hərbi birləşmələrin 38 min nümayəndəsinin olduğunu bəyan edib.

"Report" xəbər verir ki, o bu barədə BMT Baş Assambleyasının ümumi müzakirələri zamanı çıxışında məlumat verib.

"Donbasda qanunsuz hərbi birləşmələrin təqribən 38 min nümayəndəsi var və onların böyük hissəsi Rusiyadan olan muzdurlardır", - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu şişirdilmiş rəqəm deyil, çünki onların ixtiyarında 700-dən çox tank, 1200 min zirehli maşın, mindən çox artilleriya sistemi və 300-dən artıq səyyar formatlı raket buraxılış sistemi var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol