Menu

29 yaşlı oğlan qətlə yetirildi

22.09.2016, 15:20
29 yaşlı oğlan qətlə yetirildi

Salyan rayonunda qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Salyan şəhərində qeydə alınıb.

Salyan şəhəri Elçin İmanov küçəsi - 18 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Rzayev Nizami Müqabil oğlu həmyerlisi, 1969-cu il təvəllüdlü Rəsulov Ədalət Adil oğlu tərəfindən bıçaqlanıb.

Beş bıçaq yarası ilə Salyan Mərkəz Rayon Xəstəxanasına çatdırılan N. Rzayev xəstəxanada cərrahiyyə əməliyyatı zamanı ölüb.

Ə. Rəsulov saxalnılıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol