Menu

"Morgan Stanley": Dollar 5% ucuzlaşacaq

22.09.2016, 17:39
"Morgan Stanley": Dollar 5% ucuzlaşacaq

"Federal Ehtiyat Sistemi (FED) bu il uçot dərəcəsini artırmayacaq".

"APA-Economics" xəbər verir ki, bunu "Bloomberg" agentliyinə açıqlamasında "Morgan Stanley" maliyyə-investisiya qrupunun qlobal strateji valyutalar blokunun rəhbəri Hans-Günter Redeker (Hans-Guenter Redeker) bildirib.

Onun sözlərinə görə, dollar perspektivdə 4-5% ucuzlaşacaq. "Məsələn, yapon yeni dollara qarşı 97-ci ilin səviyyəsinədək bahalaşa bilər", - deyə Redeker əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol