Menu

Azərbaycana payız gəlib

22.09.2016, 18:33
Azərbaycana payız gəlib

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, iyunun 21-i Bakı vaxtı ilə 02:34-dən ölkəyə qədəm qoymuş yay fəsli sentyabrın 22-də saat 18:21-dən etibarən payız fəsli ilə əvəzlənib.

Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq isə gecələr uzanacaq, gündüzlər qısalacaq.

Gecələrin uzanması dekabrın 21-dək davam edəcək və həmin vaxt ən uzun gecə olacaq.

Bu il qışın Azərbaycana gəlişi dekabrın 21-i saat 14:44-də baş verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol