Menu

"Bu bizim işimizdir, daxilimizdə olan bir işdir" - Milli Məclisin vitse-spikeri

23.09.2016, 19:17
"Bu bizim işimizdir, daxilimizdə olan bir işdir" - Milli Məclisin vitse-spikeri

Azərbaycanda hər dəfə ölkə üçün mühüm əhəmiyyətli tədbirlər keçiriləndə ölkəmizin inkişafından, beynəlxalq nüfuzunun artmasından narahat olan dairələr aktivləşməyə başlayır.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib.

V.Ələsgərov bildirib ki, Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitlik bəzi dairələrini həmişə narahat edir: “Ona görə də ölkəmizdə böyük tədbirlər keçiriləndə demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər”.

Vitse-spiker qeyd edib ki, referendum Azərbaycanın daxili işidir: “Bu, Azərbaycan xalqının işidir. Xalq bilər, millət bilər, seçki qutusu var və hər kəs gedib öz fikrini bildirəcək. Qıraqdan kim nə deyirsə, gedib özlərinə ağıl öyrətsinlər. Bu bizim işimizdir, daxilimizdə olan bir işdir, buna Azərbaycan xalqı qərar verir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol