Menu

Maliyyə Bazarlarına Nəzarət Palatası təkzib yayıb

23.09.2016, 16:55

trend_rufat_aslanli_240115_01Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qurumun Direktorlar Şurasının sədri Rüfət Aslanlının Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhm buraxılışı yolu ilə özəlləşdirməsi barədə təklif irəli sürməsinə dair mətbuatda yayılmış xəbərlərə münasibət bildirib.

Palatadan "Report"a bildirilib ki, bununla bağlı xəbərlər həqiqətə uyğun deyil.

"R.Aslanlının SOCAR-ın istiqrazlarının təqdimat mərasimindəki çıxışı təhrif edilərək yanlış formada ictimaiyyətə təqdim edilib" - deyə MBNP-dən bildirilib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol