Menu

Moskva Dövlət Texniki Universitetinin müəllimi dövlətə xəyanətdə ittiham olunub

23.09.2016, 18:07
Moskva Dövlət Texniki Universitetinin müəllimi dövlətə xəyanətdə ittiham olunub

Bauman adına Moskva Dövlət Texniki Universitetinin müəllimi, Maşınqayırma İnstitutunun Elmi Tədqiqat Mərkəzinin əməkdaşı Vladimir Lapıgin 7 il azadlıqdan məhrum edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, 76 yaşlı universitet müəllimi dövlətə xəyanətdə ittiham olunub.

Məlumata görə, o, Moskva şəhər məhkəməsinin qərarı ilə cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

Qeyd edək ki, V.Lapıgin 2015-ci ilin may ayından ev dustaqlığında olub. O, "Roskosmos"un (Rusiya Kosmik Tədqiqatlar Mərkəzi) şirkətlərindən birində işlədiyi dövrdə Asiya dövlətlərindən birinə gizli informasiyalar ötürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol