İran ölkəsinin sutkalıq neft hasilatını cari səviyyədə - 3,6 mln. bareldə saxlamağa (dondurmağa) razılıq verərsə, Səudiyyə Ərəbistanı hasilatı azaltmağa razı olacaq.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə təklif rəsmi Ər-Riyaddan gəlib.
İran hələlik bu təklifə cavab verməyib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının neft hasilatı iyul ayında rekord hədd sayılan 10,67 mln. barel/günə yüksəlib. Avqust ayında isə bu göstərici 10,63 mln.barel/gün təşkil edib.
Sentyabrın 26-28-də Əlcəairdə keçiriləcək Beynəlxalq energetika forumu zamanı OPEC-in qeyri-rəsmi sammitinin baş tutacağı, hasilatın dondurulması məsələsinin müzakirə ediləcəyi gözlənilir. Onu da qeyd edək ki, OPEC-in bu ölkədə 2004 və 2008-ci illərdə keçirilmiş iclaslarında tərəflər hasilatı azaltmaq qərarına gələrək neftin qiymətinin artmasına nail olublar.

Şərhlər