Menu

Misirdə ölən miqrantların sayı 162-yə çatıb

23.09.2016, 21:22

miqrantMisirdə miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 162-yə çatıb.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, sentyabrın 21-də batan qayığın göyərtəsində təxminən 600 miqrant olub. Qəza qurbanlarının sudan çıxarılması üçün axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Qayıq Aralıq dənizi sahillərində, Rəşid şəhəri yaxınlığında batıb. Onun göyərtəsində əsasən Sudan, Suriya, Somali və Eritreya vətəndaşları olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol