Menu

Ukraynada mədən yanır - 600 işçi təxliyə edilib

24.09.2016, 21:53
Ukraynada mədən yanır - 600 işçi təxliyə edilib

Hazırda yanğının söndürülməsi işləri gedir

Sentyabrın 24-nə keçən gecə Ukraynanın Donetsk vilayətinin Udaçnoe kəndində "Pokrovsk mədən idarəsi" ASC-yə məxsus mədəndə yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Donetsk vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Hadisə baş verən zaman mədəndə 593 işçi olub. Bütün mədənçilər yerin üzərinə çıxarılıb.

Qəzalı mədəndə istehsalat müvəqqəti olaraq dayandırılıb, yanğın davam edir. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol