AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Litva Respublikası orta mənzilli hava hücumundan müdafiə (HHM) sistemi almaq barədə danışıqlar aparır. Sövdənin dəyəri 100 milyon dollar civarında nəzərdə tutulub. BNS informasiya agentliyinə bu barədə məlumatı ölkənin müdafiə naziri Yuozas Olekas verib.
«Bu məqsədlə 100 milyon dollardan bir qədər artıq vəsaitin ayrılması planlaşdırılıb» - deyə, nazir bəyan edib. Onun sözlərinə görə, bu məqsədlə 2016-cı ilin mayından danışıqlar aparılır.
Layihə çərçivəsində iki batareyanın formalaşdırılması və təchiz olunması nəzərdə tutulub. Onların hər biri iki atıcı qurğu, radar və atəşin idarə olunması üçün təchiz olunmuş idarəetmə mərkəzi alacaq.
Hazırkı mərhələdə Litvanın silahlı qüvvələri yalnız yaxın radiuslu HHM sistemi ilə təchiz olunub.


Şərhlər