Menu

Poroşenko Rusiyanı ittiham edib! 

26.09.2016, 14:09

porosenkoAzPolitika.info xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Ukraynanın prezidenti Petro Poroşenko Suriyada BMT humanitar karvanına təşkil olunmuş hücuma görə, Rusiyanı ittiham edib.

Poroşenko CNN kanalına verdiyi müsahibədə Moskvanın Yaxın Şərqdəki davranışını Donbasdakı vəziyyətlə eyniləşdirib.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bəyan edib ki, Aleppo şəhəri yaxınlığında humanitar karvana təşkil olunmuş hucumda Rusiyanın iştirakı istisna deyil. Rusiya müdafiə nazirliyi isə bunu inkar edir.

Məlumat üçün bildirək ki, Rusiya aviasiyasının köməyi ilə Bəşər Əsədin ordusu Aleppo şəhərini ələ keçirməyə cəhd göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol