İranın ali dini lideri Ayətullah Ali Xamenei keçmiş prezident Mahmud Ahmadinejadın gələn il keçiriləcək prezident seçkisində mübarizə aparmayacağını deyib.
İRNA agentliyinin məlumatına görə, Xamenei sentyabrın 26-da bu məsələnin onun və xalqın marağında olmadığını bildirib.
Qeyd edək ki, birinci dəfə 2005-ci ildə prezident seçilən Ahmedinejad, 2009-cu ildəki qalmaqallı seçkilərdə təkrar prezident oldu və bu, ölkədə kütləvi etiraz aksiyalarına səbəb oldu.
Son aylar onun prezidentlik uğrunda yenidən mübarizə aparacağı barədə məlumatlar dolaşırdı.
Həmçinin hazırkı prezident Hassan Rohaninin potensial rəqibi hesab olunan İslam İnqilab Qvardiyasının komandiri Kasem Suleyman prezidentlik uğrunda mübarizə aparmayacağını bəyan edib. /Azadlıq radiosu


Şərhlər