Menu

Yeddi il hərbi xidmətdən yayınan Ermənistan vətəndaşı Moskvada tutulub

26.09.2016, 16:16
Yeddi il hərbi xidmətdən yayınan Ermənistan vətəndaşı Moskvada tutulub

Yeddi il hərbi xidmətdən yayınan Ermənistan vətəndaşı Moskvada "Domodedovo" hava limanında tutulub.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı gənc Domodedovo-Yemelyanov reysi ilə uçmaq istəyərkən saxlanılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin Taşir rayon polis bölməsi onun barəsində 2009-cu ildən axtarış elan edib.

Məlumata görə, onun ölkəsinə təhvil verilməsi məsələsinə baxılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol