AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər nazirliyi (XİN) Bəşər Əsəd rejimini Suriyada hərbi cinayətlər törətməkdə ittiham edib. XİN-n bəyanatı idarənin saytında dərc olunub.
«Son bir neçə gündə Aleppo şəhərinə və ətrafına Əsəd rejimi və onun müttəfiqləri tərəfindən hava hücumlarının artırılmasını qətiyyətlə pisləyirik. Bu hücumlar nəticəsində ərazidə 300-dən artıq insan həlak olub, minlərlə dinc sakin zərər çəkib» - deyə, bəyanatda qeyd olunur.
Türkiyə XİN-də qeyd ediblər ki, Əsəd rejimi ölkə əhalisini «amansızlıqla məhv edir».
Nazirlik bəyan edir ki, bu cür fəaliyyət Suriya hakimiyyətinin və onun tərəfdaşlarının ölkədə davam edən münaqişənin həlli istiqamətində heç bir siyasi keçid niyyəti güdmədiyini göstərir.


Şərhlər