Menu

İcra başçısı seçici fəallığının aşağı olmasının səbəbini açıqlayıb 

26.09.2016, 21:49
İcra başçısı seçici fəallığının aşağı olmasının səbəbini açıqlayıb 

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə ən aşağı seçici fəallığı qeydə alınan dairələrdən biri 17 saylı Yasamal III Seçki Dairəsi olub.

"AzPolitika"nın məlumatına görə, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bununla bağlı danışarkən bildirib ki, 17 saylı dairənin 26 məntəqəsi xarici ölkələrdədir. Həmin məntəqələrdən məlumatlar gec daxil olduğu üçün 17 saylı dairə geridə qalıb.

İcra başçısı həmçinin bildirib ki, Sovetski söküləndən sonra 17 saylı dairənin seçicilərinin sayı azalıb. Belə ki, əvvəllər Sovetskidə 40 mindən artıq seçici olubsa, hazırda onların sayı 10 min nəfər azalaraq, 30447 seçici təşkil edir

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol