AzPolitika.info xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasının (AFR) Drezden şəhərində iki partlayış baş verib («Bild»).
Partlayışın biri məscidin yaxınlığında, ikincisi isə konqres-mərkəzin yanında yerləşən otleldə olub.
«Hər iki hücum bir-biri ilə əlaqəlidir. Amma hələlik dəqiq səbəbləri barədə danışmaq tezdir. Çünki bu zaman ksenofob motivlərdən çıxış etmiş olarıq. Həm də gələn istirahət günü keçiriləcək «alman birliyi» bayramı ilə əlaqəli olması ehtimalı istisna deyil...» - deyə, şəhər polisinin başçısı bəyan edib.
Zərərçəkənlər barədə məlumat verilmir. Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları növbə çəkirlər.


Şərhlər