“Mərkəzi Seçki Komissiyasına səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb”.
“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin nəticələriilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, beynəlxalq müşahidə missiyaları səsvermənin gedişini müsbət qiymətləndiriblər.
M.Pənahov qeyd edib ki, protokollar araşdırılacaq, şikayətlər daxil olacaqsa, MSK-a buna baxacaq.


Şərhlər