AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya hökuməti Misirdən meyvə-tərəvəz idxalına qoymuş olduğu qadağanı götürüb. Bu barədə razılıq «Rosselxoznadzor»un rəhəbəri Sergey Dankvertin Misir nümayəndə heyəti ilə görüşü zamanı əldə olunub.
Əldə olunan razılaşmada kartof istisna təşkil edir. Kartrofla bağlı məsələnin Rusiya nümayəndələrinin cari ilin oktyabr-noyabr aylarında Misirə nəzərdə tutulan səfəri zamanı həll olunucağı gözlənilir.
Məlumat üçün bildirək ki, Misirdən meyvə-tərəvəz idxalı «Rosselxoznadzor» tərəfindən sentyabrın 22-də qadağan olunmuşdu. Qadağa bu ölkənin fitosanitar sisteminin effektsiz fəaliyyəti ilə bağlı idi. Belə ki, idarənin mütəxəssisləri dəfələrlə Misir məhsullarında Rusiya tərəfi üçün karantin sayılan obyektlər aşkar etmişdilər.

Şərhlər