Menu

Suriyada Türkiyənin 3 hərbçisi yaralanıb

27.09.2016, 19:25
Suriyada Türkiyənin 3 hərbçisi yaralanıb

Onlardan ikisi əməliyyat edilib, digərinin vəziyyətinin isə ağır olduğu bildirilir

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, onlar "Fırat Kalkanı" çərçivəsində keçirilən əməliyyat zamanı Suriyanın Çobanbəy qəsəbəsində İŞİD terror qruplaşmasının hücumuna məruz qalıblar.

Yaralı hərbçilər "Təcili tibbi yardım" maşını ilə Kilis Dövlət Xəstəxanasına çatdırılıblar. Onlardan ikisi əməliyyat olunub, digərinin vəziyyətinin isə ağır olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol