Menu

Yaponiya Rusiya ilə açıq dialoq isitəyir - Sülh müqaviləsi bağlamaq üçün

28.09.2016, 13:50
Yaponiya Rusiya ilə açıq dialoq isitəyir - Sülh müqaviləsi bağlamaq üçün

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın Baş naziri Sindzo Abe Rusiya ilə sülh sazişinin bağlanması istiqamətindəki danışıqları irəlilətmək məqsədilə, Yaponiyaya səfəri zamanı (dekabr, 2016) prezident Vladimir Putinlə sakit mühitdə açıq dialoqa ümid edir. Bu bəyanatla o, çərşənbə günü parlamentin aşağı palatasının plenar iclasındakı debatların gedişində çıxış edib.

«Biz, Rusiya tərəfi ilə hər iki dövlətin maraqları daxilində, müxtəlif istiqamətlər üzrə, o cümlədən, iqtisadi sahədə və 4 adanın (Rusiyada «Cənubi Kuril» adlandırılan adaları Yaponiyada belə adlandırırlar - red.) üzərində mülkiyyət hüququ probleminin həlli üçün münasibətləri inkişaf etdirmək məqsədilə qətiyyətli danışıqlar aparmaq niyyətindəyik»-deyə, Abe bəyan edib.

«Mən, dekabrda yüksək səviyyədə keçiriləcək görüş zamanı, sakit atmosferdə açıq dialoq vasitəsilə sülh müqaviləsi bağlamaq məsələsini irəli aparmaq isiəyirəm» - deyə, Baş nazir əlavə edib. Bununla bərabər, hökumət başçısı qeyd edib ki, bu məsələdə adaların keçmiş sakinlərinin mövqeyi də nəzərə alınacaq.

Rusiya və Yaponiya uzun illərdir ki, sülh müqaviləsi bağlamaq məqsədilə danışıqlar aparır. Bu məsələdə əsas maneə Cənubi Kuril adaları üzərində mülkiyyət hüququ problemidir. İkinci Dünya müharibəsi başa çatandan sonra Kuril adaları SSSR-nin tərkibinə qatılıb, amma İturupa, Kunaşira, Şikotana və Xabomai (lakonik olsun deyə, onları bir ada kimi qəbul edirlər - red.) qrupunun kimə məxsus olması hüququ Yaponiya tərəfinin iddia predmeti olaraq qalır.

1956-cı ildə iki dövlət arasında müharibənin bitməsi barədə birgə bəyannamə imzalanıb, ancaq sülh müqaviləsi hələ də bağlanmamış qalır.

Cari ilin əvvəlində Putin və Abe Vladivostokda keçirilən Şərq iqtisadi forumu çərçivəsində keçirilən görüş zamanı dialoqu aktivləşdirmək barədə razılığa gəliblər. Həm də qərar qəbul olunub ki, onlar noyabr ayında Peruda Asiya-Sakit okean iqtisadi əməkdaşlıq təşkilatının sammiti zamanı bir də görüşsünlər. Dekabrda isə Putinin Yaponiyaya səfəri gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol