AzPolitika.info xarici KİV-ə istinadlə xəbər verir ki, Bolqarıstan BMT Baş katibi postuna irəli sürdüyü namizədini dəyişib və YUNESKO-nun baş direktoru İrina Bokovanın əvəzinə, avrokomissar Kristalin Georgiyevin namizədliyini irəli sürüb.
«Biz, hesab edirik ki, bu, daha uğurlu namizəd olacaq» - deyə, ölkənin Baş naziri Boyko Borisov bəyan edib.
Bundan əvvəl xarici agentliklər belə bir xəbər yaymışdılar ki, İrina Boykova Rusiyanın prezidenti Vladimir Putinin «adamıdır».


Şərhlər