Menu

Qubada zəncirvari qəza baş verib, xəsarət alanlar var

28.09.2016, 20:30

qezaQuba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayon sakini Ayaz Xankişiyevin idarə etdiyi "VAZ-21099" markalı avtomobil Bakı şəhər sakini Afiq Abdullayevin idarə etdiyi “İveco” markalı yük maşınına çırpılıb. Bunun ardınca minik avtomobili Quba sakini Kamal Həsənovun idarə etdiyi "Volkswagen" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-21099" markalı avtomobilin sürücüsü Ayaz Xankişiyev və sərnişini, 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıb. Xəsarət alanlar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol