Menu

ABŞ prezidenti Şimon Peresin dəfnində iştirak edəcək

28.09.2016, 22:46

obama_290813Dəfn mərasimində ​Obama ilə yanaşı dövlət katibi Con Kerri də iştirak edəcək

ABŞ prezidenti Barak Obama İsrailin eks-prezidenti Şimon Peresin dəfnində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Obamanın mətbuat katibi Coş Ernestə istinadən xəbər yayıb.

"Obamanın dəfndə iştirakı mümkündür" - deyə Ernest bildirib. Obama ilə yanaşı, Şimon Pereslə vida mərasiminə ABŞ dövlət katibi Con Kerri və eks-prezident Bill Klinton da qatılacaq.

Qeyd edək ki, İsrailin keçmiş dövlət başçısı, 93 yaşlı Nobel mükafatı laureatı Şimon Peres çərşənbə günü gecə saatlarında insultdan vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol