Menu

«Baltik ölkələri Rusiya ilə dialoq üçün imkanlar aramalıdırlar»

29.09.2016, 12:25
«Baltik ölkələri Rusiya ilə dialoq üçün imkanlar aramalıdırlar»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsveçin Baş naziri Stefan Leven çərşənbə günü Şimali Avropa və Aland adaları (Finlandiya) hökumət başçılarının qeyri-formal görüşü çərçivəsində deyib ki, Baltik dənizi bölgəsində yerləşən ölkələr üçün Rusiya ilə dialoq imkanları aramaq olduqca vacibdir.

O, Rusiya prezidenti Vladimir Putinlə əlaqələri qoruyub saxladığına görə, Finlandiyanın prezidenti Sauli Niinistyeyə təşəkkür edib. Bundan əvvəl isə İsveç siyasətçiləri Finlandiya tərəfinin Rusiyaya yönəlik dəsti-xəttini tənqid edirdilər.

«Rusiyanın siyasi rəhbərliyi ilə dialoq qaçılmazdır. Rusiya bizim qonşumuzdur və bizim borcumuzdur ki, bölgədə gərginliyi necə azaltmaq və vətəndaşların təhlükəsizliyini necə möhkəmlətmək barədə düşünək» - deyə, «Yle» teleşirkəti Levendən sitat gətirir.

Finlandiyanın Baş naziri Yuxa Sipilya da öz növbəsində, qeyd edib ki, hazırda Baltik dənizi bölgəsində uçuşların təhlükəsizliyinin möhkəmləndirilməsi yönündə danışıqlar aparmaq üçün imkanlar yaranıb: «Bu, belə anlama gəlir ki, NATO, Finlandiya, İsveç və Rusiya bundan sonra nə etmək barədə razılığa gələ bilərlər. NATO-da buna müsbət yanaşırlar və açıq görünür ki, müzakirələr irəliləyir».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol