Menu

Türkiyədə iyulun 15-i rəsmi qeyri-iş günü olacaq

29.09.2016, 14:10

erdoganİyulun 15-i Türkiyədə rəsmi qeyri-iş günü olacaq.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan icra nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.

O, 27 icra nümayəndəsi ilə görüşdəki çıxışının sonunda iyulun 15-nin rəsmi qeyri-iş günü olacağını söyləyib: "İyulun 15-i hər il şəhid və qazilər günü olaraq tətil ediləcək".

Qeyd edək ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub. Rəcəb Tayyib Ərdoğanın müraciətindən sonra ölkə vətəndaşları demokratiyanı müdafiə məqsədilə Türkiyənin küçə və meydanlarına çıxıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol