Menu

Obama bayraqların endirilməsi barədə əmr verib 

29.09.2016, 14:58

obama_barakkkAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Barak Obama İsrailin sabiq prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar olaraq, Ağ Ev, ölkədəki və xaricdəki Amerika hökumət binaları üzərindəki bayraqların endirilməsi barədə göstəriş verib.

«İsrailin sabiq prezidenti və Baş naziri Şimon Peresin xatirəsinə hörmət əlaməti olaraq, əmr edirəm... ki, Birləşmiş Ştatların Ağ Ev üzərindəki, eyni zamanda bütün ərazilərdəki hökumət binaları üzərindəki bayraqları endirilsin» - deyə, xüsusi sərəncamın mətnində qeyd olunub. Mətn çərşənbə günü Amerika administrasiyası tərəfindən yayılıb. Sərəncam həm də ABŞ-ın bütün səfirliklərinə və hərbi-dəniz gəmilərinə aiddir.

Barak Obamanın dəfndə iştirak edəcəyi xəbər verilib.

Şimon Peres 92 yaşında, Təl-Əviv yaxınlığında yerləşən «Təlha-Şomer» xəstəxanasında keçinib. Mərhumun dəfn mərasimi cümə günü səhər Yerusəlimdəki Hertslya dağında keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol