Menu

İlham Əliyev Şimon Peresin vəfatı ilə əlaqədar İsrail səfirliyində olub

29.09.2016, 16:21
İlham Əliyev Şimon Peresin vəfatı ilə əlaqədar İsrail səfirliyində olub

Azərbaycan Prezidenti İlham Əliyev İsrailin Azətbaycandakı səfirliyində olub.

İsrailin Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, dövlət başçısı İsrailin 9-cu prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, Ş.Peres sentyabrın 28-də səhər saatlarında Təl-Əviv yaxınlığındakı "Təl ha-Şomer" xəstəxanasında, 94 yaşında dünyasını dəyişib. O, 1984-1986 və 1995-1996-cı illərdə İsrailin baş naziri, eləcə də 2007-2014-cü illərdə prezidenti olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol