Menu

Ümrə ziyarətinin başlanacağı tarix açıqlanıb

29.09.2016, 16:39

Mideast Saudi Arabia HajjZəvvarlar ümrə ziyarətinə noyabr ayından sonra gedə biləcək.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

O xatırladıb ki, Ümrə ziyarəti Həcc ziyarəti prosesi tamamilə yekunlaşdıqdan sonra həyata keçirilir.

H.Babayevin sözlərinə görə, Azərbaycandan zəvvarların Ümrə ziyarətinə getməsi üçün 10-15 nəfərlik qrupun formalaşması lazımdır: "Azərbaycanlı zəvvarlar Ümrə ziyarətinə bir o qədər də maraq göstərmirlər. Hər ay təxminən 10-15 nəfər bu ziyarətə gedir. Ümrə ziyarətinin qiyməti 1 500 - 2 000 dollar arasında dəyişir. Bu ziyarətə gedənlər Bakı-İstanbul-Ciddə reysi ilə gedirlər. Ümrə ziyarəti 9-10 gün çəkir. Bu ziyarətiin sonunda zəvvarlar hacı adlandırılmır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol