PEKİN-MOSKVA OXU - Yeni prezident ABŞ-ın nüfuzunu bərpa etməlidir!

liderler

Çin və Rusiya keçən həftə Çənubi-Çin dənizində səkkiz gün davam edən müştərək hərbi-dəniz təlimlərini başa çatdırıblar. Bu iki avtokratik dövlət, əməkdaşlıqlarını genişləndirir və ərazi mübahisələri məsələlərində bir-birlərinə dəstək verirlər. Amma düşündürücü odur ki, bu cür ənənə Şərqi Asiyadan Mərkəzi Asiyaya qədər olan məkandakı sabitsizliyi gücləndirə bilər.

Sualtı qayıqlara qarşı mübarizə və həmçinin də, “Sinxua” agentliyinin ifadə etdiyi kimi, "adaların zəbt olunması” təlimlərinin başlamasından bir neçə gün əvvəl Vladimir Putin və Si Çzinpin, Hançjouda keçirilən “G-20” qrupunun sammitində, özlərinin 15-ci ikitərəfli görüşlərini keçirirdilər. Vladimir Putin Pekinin Cənubi-Çin dənizinə olan aqressiv suverenlik iddiasını dəstəklədiyini bildirib. O, həmçinin üçüncü tərəfin istənilən müdaxiləsinə qarşı çıxış edib. Burada ifadə edilən üçüncü tərəf kəlməsi isə açıq şəkildə ABŞ-a işarədir.

Putinin Pekinlə bu cür münasibətlər saxlaması bəzi risklər daşıyır. Çinin davranışlarına qarşı kəskin çıxış edən Vyetnam, Rusiya silahının böyük alıcısı sayılır və bununla yanaşı onlar öz aerodromlarından və Kamran körfəzindəki strateji limanından Rusiya silahlı qüvvələrinin istifadə etməsinə icazə veriblər. Cənab Putin may ayında Cənubi Şərqi Asiya liderlərinin Soçi şəhərində keçirlən sammitində Hanoyu dəstəklədiyini göstərmişdi. Lakin göründüyü kimi, Pekinin qılığına girməkdən ötrü Putin bu cür davranışlar nümayiş etdirir.

Əslində isə Çinə güvənmək üçün Putinin əlində çox az əsas var. Hal-hazırda Çin onun Mərkəzi Asiyadakı təsir imknalarına zərbə vurur, Arktikada öz mövqeyini möhkəmləndirir və ola bilər ki, iki milyona yaxın qeyri-leqal çinli mühacirin işlədiyi Rusiyanın Uzaq Şərqi ilə bağlı müəyyən planları da mövcuddur. Çünki bu regionun təbii resurslarından istifadə etmək üçün Rusiyanın işçi qüvvəsi çatışmır. Son illər Rusiya ilə Çin arasındakı ticarətin həcmi gözlənilən səviyyədən aşağı enib. 2014-cü ildə təbii qazın çatdırılması ilə əlaqədar 30 illik müddətə bağlanmış 400 milyard dollarlıq ikitərəfli müqavilənin həyata keçməsi, qaz kəmərinin tikintisi ilə əlaqədar səbəblərdən ilişib qalıb.

Amma cənab Putin istənilən halda Pekinə söykənir. Təbii qazın alışı üçün onun elə də yaxşı alıcısı yoxdur. Rusiya prezidenti ikitərəfli ticarətin 2020-ci ildə 200 milyard dollar səviyyəsinə çatmasına ümid edir. Keçən il bu göstərici 68 milyard dollar təşkil etmişdi.

Bunlarla yanaşı Putinin keçən il Pekində söylədikləri daha mühümdür. O bildirmişdi: ”Moskva və Pekinin beynəlxalq məsələlərdəki işləri bir-birinə çox yaxındır və ya onlar üst-üstə düşür”.

Rusiya və Çin böyük ölkələrdir və onlar nisbətən kiçik olan qonşu dövlətlərə öz iradələrini yeritmək istəyirlər.

Putin və Si Çzinpin Amerikanın Şərqi Avropadakı, Cənubi Koreyadakı və Yaponiyadakı raket əleyhinə sistemlərinə qarşı birlikdə çıxış edirlər. Hər iki tərəf qeyri-müntəzəm hərbi hərəkətlərdən istifadə edirlər. Rusiya Ukraynanın bölünməsi üçün, özünün xüsusi güclərini işə salıb. Çin isə balıqçı gəmilərindən və hüquq-mühafizə orqanlarına məxsus donanmasından istifadə etməklə Filippin, Yaponiya və digər ölkələri qorxutmağa çalışır.

İyun ayının 8-dən 9-na keçən gecə, Rusiya və Çinin döyüş gəmiləri heç bir xəbərdarlıq etmədən Yaponiyanın Senkaku adasının yaxınlığında peyda olmuşdular. Bu isə Putinin Si Çzinpinə göstərdiyi köməyin bariz nümunəsidir.

Digər yandan Pekin və Moskva uzun dövr üçün nəzərdə tutulmuş avtoritar institutların yaradılmasına hesablanmış oyunlar qurublar. Onlar ödəmlərin aparılmasının elektron mexanizmi, kredit kartlarından istifadə sistemləri və digər maliyyə şəbəkələrinin qurulması üzrə əməkdaşlıq edirlər. Bu isə onların dollardan asılılığının və özlərinə qarşı sanksiyalar tətbiqinin önünü alacaq tədbirlərdir. Hər iki ölkə, dövlət nəzarətinin altına girməyə imkan verə biləcək internetin idarə olunmasının qlobal sisteminin yaradılmasını dəstəkləyir. Rusiya və Çin özlərinin təbliğat kanalları, maliyyə imkanları və həmçinin də xaker hücumları vasitəsilə, Birləşmiş Ştatlardan tutmuş Avstraliyaya qədər olan məkandakı demokratik siyasətə təsir göstərə bilirlər.

Müştərək hərbi-dəniz təlimləri Amerikanın geriyə çəkildiyi dövrlərdə diktatorların boşluğu doldurmaqla məşğul olduqlarının daha bir sübutudur. ABŞ-ın növbəti prezidenti Amerikanın nüfuzunun tezliklə bərpa edilməsi yönündə addımlar atmalıdır. Bu, həm də boşluğun bir daha doldurulmamamsı üçün edilməlidir.

(“The Wall Street Journal”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar