Menu

Fələstin lideri İsrailin keçmiş prezidentinin dəfnində iştirak edəcək

29.09.2016, 19:45
Fələstin lideri İsrailin keçmiş prezidentinin dəfnində iştirak edəcək

Fələstin Dövlətinin başçısı Mahmud Abbas İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək niyyətində olduğunu bildirib.

"Report" "Newsru.co.il"ə istinadən xəbər verir ki, o, bu məqsədlə yüksək vəzifəli 4 məmurla İsrailə getmək niyyətindədir.

Məlumata görə, bununla bağlı müraciət hökumətin İude və Samaridəki əlaqələndiricisi, general-mayor Yoava Mordexa təqdim edilib.

İsrail KİV-ləri yazır ki, Mahmud Abbas Şimon Peresin ailə üzvlərinə başsağlığı teleqramı göndərib. O, yəhudi dövlətinin 9-cu prezidentinin Fələstin muxtariyyətinin mərhum başçısı Yasər Ərəfat və İsrailin keçmiş baş naziri İtshak Rabinin sülh prosesindəki həmkarı adlandırıb.

Qeyd edək ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol