Menu

"Qarabağ" belə məğlub oldu - VİDEO

30.09.2016, 10:41
"Qarabağ" belə məğlub oldu - VİDEO

Ölkə çempionu “Qarabağ” sentyabrın 29-da beynəlxalq arenada növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”nın qonağı olub.

İlk turda Bakıda “Slovan”la heç-heçə edən “Qarabağ”ı bu dəfə çətin səfərdə ağır məğlubiyyətə üzülüb. Ağdamlılar matça fəal başlasa da, 30-cu dəqiqədə Elvin Yunuszadənin aldığı qırmızı vərəqə bütün planları korlayıb.

İlk hissədə 5 dəqiqə ərzində 3 qol buraxan Qurban Qurbanovun yetirmələri, ikinci hissədə daha iki dəfə öz qapısından top çıxarmağa məcbur olub.

Çempionumuzun gücü isə yalnız təsəlli qoluna çatıb. Matça əlavə olunmuş 2-ci dəqiqədə Ndlovu fərqi azaldıb.

Avropa Liqası

Qrup mərhələsi

II tur

J qrupu

“Fiorentina” (İtaliya)- “Qarabağ” - 5:1

Qollar: Babakar, 39, 45+2, Kaliniç, 43, Zarate, 63, 78 - Ndlovu, 90

Qırmızı vərəqə: Elvin Yunuszadə, 30

Florensiya. “Artemio Franki” stadionu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol