Menu

Peresin dəfnində Türkiyəni kimin təmsil edəcəyi məlum oldu

30.09.2016, 11:18

peres_758İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində Türkiyəni Ankaranın BMT-dəki səfiri Feridun Sinirlioğlu təmsil edəcək.

"Report" "Newsru.co.il"ə istinadən xəbər verir ki, dəfn mərasimi İsrail vaxtı ilə saat 14.30-da başlayacaq.

Məlumata görə, mərasimdə Misiri xarici işlər naziri Sameh Şükri, İordaniyanı baş nazirin müavini Cavad əl-Anani təmsil edəcək. Dəfnə Fələstin dövlətinin başçısı Mahmud Abbasın da qatılacağı gözlənilir.

Qeyd edək ki, Şimon Peres sentyabırn 28-də 93 yaşında vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol