Menu

"Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək" - Vahid Ələkbərov

30.09.2016, 14:21

vahid-e-300x217"OPEC-ə üzv olan ölkələrin Əlcəzairdə neftin sutkalıq hasilatının 32,5-33 mln. barrelədək azaldılmasına dair qəbul etdiyi qərar "qara qızıl"ın 1 barrelinin qiymətinin 50 dollar səviyyəsində sabitləşməsinə səbəb olacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

V. Ələkbərov əlavə edib ki, neftin qiymətin 50 dolları ötə də bilər: "Bu qiymət şist neftin istehsalını rentabelli edir. Ona görə də hesab edirəm ki, neftin qiyməti təxminən 50 dollar səviyyəsində sabitləşəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol