Menu

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir - Uorlik

01.10.2016, 01:02

uorlikBirləşmiş Ştatlar Minsk qrupunun həmsədrləri ilə işini davam etdirəcək

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

"Report" xəbər verir ki, bunu öz "Twitter" səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.

"Birləşmiş Ştatlar məsələnin tərəflər üçün məqbul istiqamətdə həlli məqsədi ilə vasitəçiliyin yerinə yetirilməsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işini davam etdirəcək", - deyə Ceyms Uorlik bildirib.

Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Con Kerri dondurulmuş münaqişələrin perspektivlərindən danışarkən, Dağlıq Qarabağ probleminə də toxunmuş və tərəflərin nizamlanmaya hazır olmadıqlarını bəyan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol