Menu

BMT TŞ-a sədrlik Rusiyaya keçdi

01.10.2016, 10:02

bmt_tshAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Milləttlər Təşkilatı Təhlükəsizlik Şurasına (BMT TŞ) sədrlik bu gündən etibarən Rusiyaya keçib. Bu, Suriyada vəziyyətin gərginləşməsi və BMT Baş katibi postuna yeni seçkilərin həlledici mərhələyə yetişməsi fonunda baş verir.

Rusiyanın sədrliyi ilə TŞ-nın ilk iclası bazar ertəsi baş tutacaq. Ay ərzində Suriya ilə bağlı qurumun iki iclası olacaq. Onlardan biri ölkədə yaranmış humanitar duruma, ikincisi isə münaqişənin gedişi zamanı zəhərli maddələrin tətbiqi ilə bağlı situasiyaya həsr olunacaq.

Bu arada, yalnız son həftə ərzində Təhlükəsizlik Şurası Suriyadakı vəziyyətə həsr olunmuş 3 iclas keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol