Menu

"Fatih Terim getməyincə, Arda çağırılmayacaq" - KİV

01.10.2016, 20:40
"Fatih Terim getməyincə, Arda çağırılmayacaq" - KİV

İspaniya mətbuatı “Barselona”nın futbolçusu Arda Turanın milliyə dəvət edilməsinə münasibət bildirib.

Qol.az-ın xəbər verir ki, bir çox idman qəzeti Ardanı DÇ-2018-in Ukrayna və İslandiya ilə seçmə oyunlarına çağırmamasına görə baş məşqçi Fatih Terimi tənqid edib.

Ölkənin əsas idman nəşrlərindən olan “Marca” qəzeti isə bu barədə yazıb: “Arda Barselona”ya transferindən sonra ən yaxşı dövrünü keçirir. Buna baxmayaraq, Fatih Terim ona ehtiyac duymadı. O, dalbadal ikinci dəfə milliyə çağırılmadı”.

“El Mundo Deportivo”: “Arda ən formada olduğu dönəmdə milliyə çağırılmadı. Ümumiyyətlə, Terim millidə olduğu müddətdə Ardanın milli komandaya dəvət edilməsi ehtimalı azdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol