Türkiyədə terrorçu PKK təşkilatı növbəti hücumunu reallaşdırıb.Axar.az xəbər verir ki, terrorçular Siirt-Batman təbii qaz magistral ötürcüsünü partladıb.
Partlayışdan dərhal sonra Siirt və Kurtalana təbii qaz verilməsi dayandırılıb. PKK-çıların qaz xəttini əl bombası ilə partlatdığı bildirilib.
Bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlayıb.


Şərhlər