Suriyada prezident Bəşər Əsədin devrilməsi bu ölkədə terrorçuların hakimiyyətə gəlməsinə gətirib çıxaracaq. Bu bəyanatı Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova «TVS» telekanalının «Pravo znat» proqramında çıxışı zamanı səsləndirib. Çıxışdan fraqmentlər telekanalın saytında dərc olunub.
«Hakimiyyət dəyişikliyi ona gətirib çıxaracaq ki, ölkədə nəinki sadəcə hakimiyyət vakuumu, siyasi vakuum yaranacaq - həm də bu vakuum bircə anın içərisində «mötədil», gerçəkdə isə heç vəchlə mötədil olmayan terrorçuların bütün «növ»ləri ilə dolacaq və onlarla heç bir iş görmək mümkün olmayacaq. Bu az imiş kimi, bütün bunlar həm də İraq senarisi üzrə çətinləşməkdə davam edəcək»-deyə, Zaxarova qeyd edib.
«Biz bilirik ki, İraq ordusu sonradan İŞİD deyilən qruplaşmanın əsasına çevrildi və bu gün bölgədə həm koalisiyanın, həm də Rusiyanın mübarizə apardığı nələr varsa, hamısı oradan axıb gəlir»-deyə, diplomat əlavə edib.
Zaxarova həm də hesab edir ki, Suriya münaqişəsinin diplomatik yolla həllindən imtina etmək burada tammiqyaslı müharibənin başlanması ilə nəticələnə bilər. Bu da bütün bölgədə «tektonik sürüşmə»yə gətirib çıxarar.
«ABŞ-dakı lobbi hazırda «su bulandırır» və razılığa gəlməyə imkan vermir. Çünki onların məntiqi belədir: diplomatiya, BMT, müqavilələr, beynəlxalq hüquq, nəyimizə lazımdır? Beynəlxalq arenada hansısa öhdəliklər nəyimizə lazımdır? Bir halda ki, güc və güclünün hüququ anlayışları var, özümüzün milli qanunlarımız var və onlar digər qanunlardan yüksəkdə dayanır və bütün bunlar məsələnin güc vasitəsilə ilə həlli variantını möhkəmlədir. Bu məntiq bizə tanışdır - burada yeni heç nə yoxdur. Bu da bir sonluqla nəticələnir - tammiqyaslı müharibə ilə»-deyə, rusiyalı diplomat situasmyaya beləcə aydınlıq gətirib.
AzPolitika.info

Şərhlər