Menu

Şəmkir sakini bıçaqlanıb

02.10.2016, 22:09

BicaqŞəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Sabirkənd kənd sakini 1991-ci il təvəllüdlü Elşad Sadiqov bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. İlkin ehtimala əsasən, E. Sadiqov həmkəndlisi tərəfindən bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol