Menu

Rusiya plutoniumun utilizasiyası barədə ABŞ-la müqaviləni dayandırır

03.10.2016, 14:09
Rusiya plutoniumun utilizasiyası barədə ABŞ-la müqaviləni dayandırır

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya plutoniumun utilizasiyası barədə ABŞ-la mövcud razılaşmanı dayandırır. Bu barədə qərarı ABŞ-ın Rusiyaya qarşı qeyri-dost hərəkətlərinə cavab olaraq, prezident Vladimir Putin qəbul edib. Müvafiq sərəncamın mətni rəsmi hüquq informasiyaları portalında yerləşdirilib.

«Vəziyyətin kökündən dəyişməsi, ABŞ-ın Rusiya Federasiyasına qarşı qeyri-dost hərəkətləri və ABŞ-ın beynəlxalq müqavilələrlə öhdəsinə götürdüyü vəzifələri yerinə yetirmək iqtidarında olmaması nəticəsində stratiji sabitliyə yönəlik təhdidlərin yaranması ilə bağlı olaraq, həm də Rusiya Federasiyasının təhlükəsizliyinin qorunması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə» Rusiya Federasiyasının prezidenti qərara alır: «Rusiya Federasiası hökuməti ilə ABŞ hökuməti arasında plutoniumun utilizasiyası barədə əldə olunmuş razılaşmanın fəaliyyəti dayandırılsın... ».

Sərəncamda qeyd olunur ki, söhbət o plutoniumdan gedir ki, o, «nüvə silahı və ya digər nüvə-partlayıcı qurğularının hazırlanması məqsədilə, belə qurğuların istehsalı məqsədləri ilə tədqiqatlar, layihələşdirmələr və sınaqlar aparmaq və ya ixtiyari hərbi məqsədlərlə istifadə olunmur».

Rusiya XİN-ə bu barədə ABŞ tərəfinə müvafiq məlumatın verilməsi tapşırılıb.

Qeyd edək ki, ABŞ-la sözügedən razılaşma 29 avqust 2000-ci ildə imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol