Menu

PYD terrorçuları Türkiyə ilə döyüşə hazırlaşırlar - FOTO

03.10.2016, 15:05
PYD terrorçuları Türkiyə ilə döyüşə hazırlaşırlar - FOTO

PYD terrorçuları Suriyanın Türkiyə ilə sərhəd ərazisində döyüş mövqeyi qurublar.

Trend "Haber 7"-yə istinadən məlumat verir ki, Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonu ilə həmsərhəd olan Suriyanın Rakka qəsəbəsindəki Telabyad adlı ərazidə PYD terrorçuları tərəfindən təpədə qum torbaları ilə döyüş mövqeyi qurulub.

Dərhal Türkiyə tərəfi təhlükəsizlik tədbirlərini gücləndirib.

"Kirpi" adlandırılan zirehli döyüş maşınının gətirildiyi sərhəd xəttində təhlükəsizlik qüvvələrinin istənilən təxribatın qarşısını almağa hazır olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol