Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi televiziya proqramında Misirlə əlaqələrlə bağlı bəzi sualları cavablandırıb. Avropa.info xəbər verir ki, Ərdoğan Misirin devrilmiş prezidenti Məhəmməd Mursi və yoldaşlarının azad ediləcəyi təqdirdə əlaqələrin normallaşmasına başlaya biləcəklərini söyləyib.
Səudiyyə Ərəbistanının Xaliciyyə televiziyasında gündəmə dair sualları cavablandıran Ərdoğan Misirlə siyasi əlaqələrlə bağlı sualı da cavablandırıb.
Misir ilə əlaqələrin normallaşması üçün həbsdə olan siyasi məhbusların azad edilməsini şərt qoşan Ərdoğan "Səudiyyəli və qətərli dostlarımıza Misirdəki mövcud inqilab hökuməti ilə əlaqələri normallaşdırmağımızın mümkün olmadığını söyləmişəm" deyə bildirib.
Ərdoğan ABŞ Konqresinin 11 sentyabr hadisələri ilə bağlı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırılmasına imkan yaradan qanun layihəsinin qəbul edilməsinə dair də Səudiyyə Ərəbistanı ilə müştərək strategiya formalaşdırdıqlarını açıqlayıb.


Şərhlər