Menu

Siyəzəndə avtomobil aşıb - 3 nəfər xəsarət alıb

03.10.2016, 22:33

qezaBu gün axşam saatlarında Siyəzəndə yol qəzası baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 92-ci km-də qeydə alınıb.

Məlumata əsasən, 99 ZE 980 dövlət nömrə nişanlı avtomobil maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1969-cu il təvəllüdlü Şeydayeva Gülnaz Ramazan qızı, 1969-cu il təvəllüdlü Şirinova Şahnabad Sabir oğlu və 1966-cı il təvəllüdlü Həsrət Hacımuradovdur.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol